"Mançester Yunayted"in futbolçusu Mason Qrinvud şərti azadetmə şərtlərini pozduğu üçün həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə şəhər polisinin məlumatına görə, Qrinvud şikayətçisi ilə əlaqə saxladıqdan sonra həbs edilib və hazırda dindirilir.
O, 2022-ci ilin yanvarında zorlama, hücum və ölümlə hədələmə ittihamı ilə həbs edilmiş və üç gecə saxlandıqdan sonra zaminə buraxılmışdı. O, bundan sonra "Yunayted"də oynamayıb.
Sonuncu dəfə yanvarın 22-də "Qırmızı şeytanlar"da çıxış edən Qrinvud həftəlik 75 min funt sterlinq civarında maaş almağa davam edəcək.
Ağarza Elçinoğlu