Goranboyda baş verən qəzda ölən və xəsarət alanların adları məlum olub.

Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı polis kapitan Eşqın Qasımov "Unikal"a deyib.

Rayon ərazisində 3 avtomobilin iştirakı ilə başvermiş zəncirvari avtomobil qəzası zamanı, 1967-ci il təvəllüdlü Mayıs Bağırov dünyasını dəyişib.

Daha 5 nəfər- 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1963-cü il təvəllüdlü Xumar Əhmədova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov və 2017-ci il təvəllüdlü D.Əhmədova xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

*** 11:22

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Rəhmli kəndində qeydə alınıb. Belə  ki, hərəkətdə olan "Mercedes"  "Daewoo Nexiya" markalı minik avtomobili ilə toqquşub.  

Nəticədə "Daewoo Nexiya" markalı minik avtomobilinin sürücüsü Maarif Bağırov ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tural Əhmədov