Kilian Mbappe Fransa 1-ci Liqasının XI turunda "Marsel"lə oyundan sonra PSJ-dən ayrılmaq istədiyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
"Unikal" "RMC Sport"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu klubla arasında heç bir problemin olmadığını söyləyib:
"Qışda PSJ-dən ayrılmaq üçün müraciət etməmişəm. Kluba qarşı qəzəbli deyiləm, bu, doğru deyil".
Fransalı futbolçunun yanvar ayında Paris təmsilçisindən ayrılmaq istədiyini ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, PSJ - "Marsel" matçı 1:0 hesabı ilə başa çatıb.