"Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, mütəmadi olaraq yeni texnikalar alınır: "Bəzən hərbi sahədə istifadə olunan texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər. Burada iki məsələ nəzərə alınmalıdır. Biri ehtiyatsızlıqdan, digəri isə qəsdən. Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. Çağırışla hərbi xidmətdə qulluq keçənlərin texnikalardan istifadə üçün təlimlərə cəlb edilməsi tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəsinlər. Hesab edirəm ki, bu məsələnin əsas yükü müqavilə ilə xidmət göstərənlərin üzərinə qoyulmalıdır. Çünki onlar mütəxəssis kimi fəaliyyət göstərirlər və dövlətdən maaş alırlar”.
Anar Kəlbiyev