Məktəblərdə İntizam Şurası yaradılacaq.
"Unikal"ın məlumatına görə bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev bu gün keçirilən “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları”na dair masada çıxışı zamanı deyib
O qeyd edib ki, şuranın yaradılması və tərkibində valideynlərin iştirak etməsi məcburi olacaq.