Azərbaycanda kollec və universitetdən xaric və ya bərpa olunma, eləcə də akademik məzuniyyət götürmənin hüquqi əsasları formalaşdırılır.
"Unikal" xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Qanuna təqdim olunan dəyişikliklər orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişidirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilii müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarının müəyyən edilməsini ehtiva edir.
Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.