"Barselona" cari mövsüm daha çox ehtiyat skamyasında yer alan Mempfis Depayla yollarını ayırmaq istəyir.
"Unikal" "Sport" saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə Türkiyənin "Qalatasaray" klubu yaxından maraqlanır. "Cim-Bom" dünya çempionatından sonra 28 yaşlı hücumçu ilə danışıqlara başlayacaq.
Yayılan məlumata görə, "Barselona" futbolçusu barədə qərarı DÇ-2022-dən sonra verəcək. Klub yanvarda Depayı satıb, gəlir əldə etməyi planlaşdırır. Memfis isə 2023-cü ilin iyununda müqaviləsinin müddəti başa çatandan sonra azad agent olaraq istədiyi kluba keçməyi düşünür.
Qeyd edək ki, Memfis Depay 2021-ci ildə "Lion"dan "Barselona"ya transfer edilib.