“Mançester Yunayted”in sabiq futbolçusu Maykl Kerrik Çempionşip klubu "Midlsbro"nun baş məşqçisi olub.
"Unikal" xəbər verir ki, 41 yaşlı mütəxəssis və İngiltərə klubu razılığa gəliblər. Müqavilənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2006-2018-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinən Kerrik 2021-ci ildə Ole Qanner Sulşerin qovulmasından sonra müvəqqəti olaraq “Mançester Yunayted”ə baş məşqçilik edib.