“Mançester Yunayted”in forvardı Kriştianu Ronaldu komandanın növbəti oyununu buraxacaq.
"Unikal" xəbər verir ki, mankunianların baş məşqçisi Erik ten Haq oktyabrın 22-nə planlaşdırılan Premyer Liqanın 13-cü turunun oyununun iştirak ərizəsinə portuqaliyalını daxil etməmək qərarına gəlib.
KİV-də yayılan məlumata görə, hücumçu komanda ilə birgə məşqlərdən də uzaqlaşdırılıb. 37 yaşlı futbolçunun fərdi qaydada çalışmalı olacaq.
Qeyd edək ki, dünən futbolçu “Tottenhem”lə matçda (2:0) oyunun son dəqiqələrində meydana çıxmaqdan imtina edib və stadionu vaxtından əvvəl tərk edib.