İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.
"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.