"Mançester Yunayted" cari mövsümün sonu klubla müqaviləsinin müddəti başa çatacaq David de Xea barədə qərar verib.

"Unikal" xəbər verir ki, "qırmızı şeytanlar" 31 yaşlı qolkiperlə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır. 2023-cü ilin iyun ayında müddəti başa çatacaq anlaşmanı daha bir il uzatmaq mümkündür. 

Qeyd edək ki, David de Xea 2011-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.