Məşhur futbolçu Devid Bekhem "F45" adlı fitnes markasından şikayətçi olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ötən il markayla müqavilə imzalayan futbolçu 5 illik müqaviləyə əsasən 1.5 milyon dollar qazanmalı və hissə əldə etməliydi. Futbolçu şirkətin onun tanınan sima olmasından istifadə etdiyini və insanlar arasında güvən hissi yaratdığını bildirib.
Bekhem markanı həmin məbləği ödəmədiyi üçün məhkəməyə verib. O, qarşı tərəfdən 20 milyon dollar (təxminən 34 milyon manat) təzminat tələb edib.