İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionatı davam edir.
"Unikal" xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva X tur çərçivəsində sloveniyalı Urh Zala ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçımız 30-cu gedişdə sülhə razılaşıb. Bu nəticə ilə xallarının sayını 8,5-ə yüksəldən Gövhər liderliyini davam etdirir. İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb. Urh Zala isə 7 xalla üçüncüdür.
Gövhər Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.
Oğlanların yarışında isə Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla üz-üzə gəlib.
Yarışın lideri ilə görüşdən sülhlə ayrılan Abdulla 10 turdan sonra topladığı 7,5 xalla ikinci pillədə qərarlaşıb.
Kozakın isə 8 xalı var.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.