Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala çıxıb.
"Unikal" xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb.
Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb.
Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
*** 17:08
Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
"Unikal"ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Alixanyanı məğlubiyyətə uğradıb.
Qadjiyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək.
125 kq-dakı Vaxit Qalayev eyni raundda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.
Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.