Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Unikal"ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.

Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik "Kəpəz" 8-ci sıradadır.