Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Unikal"ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt”la “Zirə” qarşılaşıb.

Sumqayıtda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qartallar”ın heyətində 15-ci dəqiqədə Rəhim Sadıxov, 73-cü dəqiqədə isə Sertan Taşkın fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib.

“Sumqayıt” isə 4 xalla 9-cudur.

Qeyd edək ki, günün ilk görüşündə "Kəpəz" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Turun ilk matçında isə "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib.

Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.