Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
"Unikal"ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxmalı idi.
Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Azərbaycan pəhləvanı bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.