Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Barselona” “Kamp Nou” stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir.