Sumqayıtda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirlindən "Unikal"a verikıən məlumata görə, oktyabrın 22-də saat 6 radələrində Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində şəhər sakini P.Muradxanov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən Validə Sultanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.