Kadr islahatlarında yeniliklər
11:51 06-03-2013
İQTİSADİYYAT
Nazirlərin qohumları oyundankənar duruma salınacaq
Bir müddət öncə prezident İlham Əliyev sərt bəyanatla çıxış edərək cəmiyyəti düşündürən problemləri gündəmə gətirdi. Bu çıxışdan sonra əksər siyasi müşahidəçilər bəyan etdilər ki, ölkədə yeni siyasi düzəm başlayır və bu bir sıra yeniliklərlə müşahidə olunacaq.İlk növbədə bildirildi ki, prezidentin bu açıqlaması sübut edir ki, ölkədə korrupsiyaya qarşı mübarizənin yeni dalğası başlayacaq və demək olar ki, bu dalğada daha konkret nəticələr ortaya çıxacaq. Həqiqətən də bu belə oldu. Son 10 gün ərzində kifayət qədər ciddi korrupsiya faktları ortaya çıxarıldı və hazırda da bu proses davam etdirilir. Bundan başqa məlum oldu ki, ölkədə ciddi kadr islahatlarına da start verilir və daha iri ranqlı məmurlar istefaya göndəriləcək. Həqiqətən də açıqlamadan bir gün sonra iki icra başçısı yola salındı. İndi isə prezidentin yeni təyinatları oldu. Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov tutduğu vəzifədən azad edilib. Vidadi Məhərrəmov 25 sentyabr 2006-cı il tarixdən bu günədək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı postunu tuturdu.
Ölkə başçısının digər sərəncamı ilə Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Aqil Məmmədov bu təyinatadək Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini postunu tuturdu.Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov da işdən çıxarılıb.
Ölkə başçısının digər sərəncamı ilə Akif Səlimov Laçın rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra Hakimiyyətinin başçısı Abbasqulu Cəfərqulu oğlu Abbasov tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə Həbib Hüseyn oğlu İbrahimov bu posta təyinat alıb.Prezidentin son günlər imzaladığı sərəncamlarda da maraqlı məqamlar ortaya çıxdı. Öncə icra başçılarının sadəcə yeri dəyişdirilirdi və komandanın olduğu kimi qalmasına çalışılırdı. Bununla bir tərəfdən kadrların püxtələşməsi,digər tərəfdən isə komandanın mobilləşməsi məqsədi güdülürdü. Amma son təyinatlarda aydın oldu ki, prezident İlham Əliyev artıq komandanın yeniləşdirilməsinə start verib və artıq yeni simalar gündəmə gətirilir. Çünki yaranan boşluqlar ortadadır və bu boşluqlar aradan qaldırılır. Başqa maraqlı bir məqam isə budur ki, son illər müəyyən icra hakimiyyəti başçıları hansısa nazirlərin və ya oliqarxların təsir dairəsində idilər və onlar bu fürsətdən yararlanaraq rayonlarda ciddi özbaşınalıqlara yol verirdilər. Amma son təyinatlar göstərir ki, artıq bu tip himayədarlara ümid etməyə dəyməz və istənilən şəxs oyundan kənar duruma salına bilər. Məlum təyinatlar həm də bunu göstərir ki, icra hakimiyyəti başçılarının hansısa hakimiyyətdaxili quruplaşmalarda iştirak etmələri artıq qəbul edilmir və bununla da mərkəzəcəlb prosesi həyata keçirilir. Bunu da qeyd edək ki, yeni simaların vəzifəyə gətirilmələri cəmiyyət tərəfindən də normal qarşılanır. Bu arada aydın oldu ki, yeni təyinatlarda başqa bir problemdə aradan qaldırılacaq. Bu nədir? Məlum oldu ki, bu gün yüksək dövlət postunda olan şəxslər yaxın çevrələrini, qohumlarını rayonlara icra hakimiyyəti başçısı təyin olunmalarına çalışır və bəzi hallarda buna naildə olurdular. Nəticə də isə istər-istəməz idarəetmədə qohumçuluq prinsipi ortaya çıxır və bununla da mərkəzdənqaçma prosesi baş verirdi. Amma indi bu problemin köklü şəkildə həll olunmağına başlanılıb və “Unikal”a daxil olan məlumatda da göstərilir ki, belə halların yol verilməsi qəti şəkildə yasaqlanıb. Bunu da xatırladaq ki, bu günlərdə vəzifəsindən azad olunan Nizami Ələkbərov ,nazir Füzuli Ələkbərovun qardaşı idi.
Ekspertlər həm də hesab edir ki, kadr islahatları yalnız icra hakimiyyəti başçıları səviyyəsində olmayacaq. Belə ki, Hesablama Palatası artıq bir neçə aydır ki, müxtəlif nazirlik və komitələrdə yoxlamalar aparır və bu yoxlamaların nəticəsinə uyğun olaraq kadr islahatları həyata keçiriləcək. Prezidentin son açıqlamasında da göründü ki, oliqarx-məmurların əməlləri artıq ciddi şəkildə təhlil edilir və buna uyğun olaraq addımlar atılacaq.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40