“Aktiv siyasətimiz türk dünyasında da dəyişikliyi başladıb”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqliyə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasını görürük. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu. Biz o torpaqlara universitetlərdə olan diplomatlarımızı da göndərdik ki, onlar da tarixə şahidlik etsinlər”.