Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə Kiyevdə siyasətçilərə və hərbçilərə qarşı bir sıra sui-qəsdlər planlaşdırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, şübhəli şəxs 2014-cü ildən Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə dəstək verən və işğalçı ölkənin tərəfində hərbi əməliyyatlarda şəxsən iştirak edən Luqansk vilayətinin sakini tərəfindən işə götürülüb. Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra o, Rusiya ərazisində olub və burada işğalçı ölkənin Baş Qərargahının nümayəndələri ilə əməkdaşlığa başlayıb.

Baş Prokurorluqdan qeyd edilib ki, o, döyüş bölməsinin rəisinə sui-qəsd təşkil edib. Bundan sonra, Ukraynanın siyasi və ictimai xadimlərinin - müdafiə nazirinin, Baş Kəşfiyyat İdarəsi rəisinin digər sifarişli qətllərini həyata keçirəcəkdi. 

Onların hər birinin qətlinə görə rus kuratorları 100 min ABŞ dolları məbləğində mükafat vəd ediblər.

Ağarza Elçinoğlu