“İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz öz təhlükəsizlik məsələlərimizi dəstəkləyən bir İsveç görmək istəyirik”.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə Ankarada birgə mətbuat konfrans zamanı bildirib.

O, İsveçin yeni hökümətinin NATO-nun Madrid Zirvəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğundan məmnun olduğunu qeyd edib.