Nepalın qərbində baş verən zəlzələ zamanı binanın uçması nəticəsində azı 6 nəfər ölüb.

"Unikal" xəbər verir ki, təbii hadisə zamanı daha beş nəfər yaralanıb, onlar hazırda xəstəxanadadırlar.

Qeyd edilir ki, xilasetmə xidmətləri hadisə yerindədir.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Nepalın qərbində 5,6 bal gücündə zəlzələ olduğunu xəbər verib.