"Meta" şirkəti işçilərinin 13%-ni işdən çıxarıb ki, bu da 11 min nəfərə bərabərdir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mark Zukerberq bildirib

"Bu gün sizə Meta tarixindəki ən çətin qərarlardan birini təqdim edirəm. Mən komandamızın sayını təxminən 13% azaltmaq və 11 000-dən çox işçimizi işdən çıxarmaq qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulun dondurulmasını uzatmaqla daha kiçik və daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - şirkət sahibi deyib. 

İşdən çıxarılan işçilər 16 həftəlik ödənişli məzuniyyət və şirkətdəki hər bir xidmət ili üçün əlavə iki həftə alacaqlar. Onların tibbi sığortası daha altı ay qüvvədə olacaq.

Ağarza Elçinoğlu