Nadir çəhrayı almaz hərrac evində 28 milyon 800 min avroya satılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 18,18 karatlıq qiymətli daşın alıcısının adı məlum deyil.
Christie's hərrac evi tərəfindən indiyə qədər satılan ən bahalı brilyant olan 18,96 karatlıq Uinston Pink Legacy 2018-ci ildə 50,4 milyon dollara satılıb və bu, çəhrayı brilyant satışları tarixində rekord hesab olunur.