İran və Rusiyanın məqsədi strateji münasibətlərin səviyyəsini yüksəltməkdir.
"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə bildirib.
İ.Rəisi iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndiyini və gələcəyinin perspektivli olduğunu bildirib.
"Müstəqil ölkələrin əməkdaşlığı ABŞ və onun müttəfiqlərinin sanksiyalar və sabitliyi pozmaq siyasətinə ən həlledici cavabdır."
Ukraynadakı müharibəyə toxunan Rəisi İran İslam Respublikasının müharibə əleyhidarı olduğunu vurğulayıb: "Müharibənin miqyasının genişlənməsi bütün ölkələri narahat edir".