Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Misirdə keçirilən 27-ci Konfransı maraqlı anların şahidi olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə Venesuela prezidenti Maduro və ABŞ-ın keçmiş dövlət katibi Con Kerri də iştirak edib.

İkilinin səmimi anları kameraya əks olunub. Belə ki, Kerrinin Maduronun əlini sıxdıqdan sonra pencəyinin düymələrini bağlaması sosial media istifadəçilərinin diqqətini çəkib.  

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildə Venesuela prezidenti Nikolas Maduroya qarşı "beynəlxalq narkotik ticarəti" ittihamı ilə iddianamə hazırlayıb. 

O,  həmçinin Maduronun tutulması və ya həbsi üçün məlumat verənlərə 15 milyon dollar mükafat təklif edəcəyini də açıqlamışdı.  

Gülayə Mecid