Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfindən itkin düşən hərbçilərin sayı ilə bağlı yeni rəqəm açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.  

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 203 nəfər itkin düşüb. O bildirib ki, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 16 erməni itkin düşüb.