Ermənistan Azərbaycanla sərhəddə demilitarizasiya zonası yaratmağı təklif edir. 

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

"Soçidə üçtərəfli görüş zamanı mən Dağlıq Qarabağ hakimiyyətinin beynəlxalq zəmanətlərlə Dağlıq Qarabağ ətrafında hərbisizləşdirilmiş zona yaratmaq təklifini təqdim etdim", - Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəd zonasının demilitarizasiyası ilə bağlı təkliflər verir, qoşunların sərhəddən çıxarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif edir: "İrəvan bu təklifin yenilənmiş variantını noyabrın 8-də Bakıya təqdim edib". 

Ağarza Elçinoğlu