Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Sultanov Zaur Səlahəddin oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.