Azərbaycanda istehlaka yararsız 640 kq qida qatqısı məhv edilib.

Bu barədə "Unikal"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Miras20-İM” MMC-yə məxsus ümumi çəkisi 640 kq qida qatqısı “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.