"Regionlardakı Heydər Əliyev Mərkəzlərində çalışan işçilərin maaşlarının artırılmasını təklif edirəm".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat xatırladıb ki, ümumilikdə 60 şəhər və rayonda Heydər Əliyev Mərkəzləri var.

"Bildiyimiz kimi həmin mərkəzlər Mədəniyyət Nazirliyinin tabeliyindəndir. Təklif edirəm ki, gələcəkdə həmin mərkəzlər Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin tabeliyinə verilsin”.

Anar Kəlbiyev