Milli Məclisin bu gün keçirilən iclasında pensiya yaşının aşağı salınması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib.
O qeyd edib ki, ölkə üzrə kişilərin 47 faizi 65 yaşa çatır:
"Həqiqətən də ciddi düşünüləsi rəqəmdir. Bu, onu deməyə əsas verir ki, biz pensiya yaşını aşağı salmalıyıq ki, heç olmasa 47 faiz kişi 2-3 il pensiya ala bilsin".
Anar Kəlbiyev