"Ərzaq və dərmanların qiymətinin bahalaşması məni çox narahat edir. Sahibkarlara qarşı təzyiqlər çox ciddidir, onun qarşısını almaq lazımdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, hamı ünvanlı sosial yardımdan narazılıq edir: "Demək bu ədalətsiz bir şeydir. Hamını razı salan uşaq puluna keçmək daha yaxşı olardı".

T.Kərimli qaz limiti ilə bağlı məsələyə də toxunub və bildirib ki, dağ kəndlərində qaz limiti ləğv olunsun.

Anar Kəlbiyev