"Bu gün Azərbaycan hər birimizin qürurla deyə biləcəyimiz Avropanın, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsindədir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

"Qazanılan Zəfərdən bu günə qədər iki il keçməsinə baxmayaraq, ölkədə, xüsusilə işğaldan azad olunan ərazilərdə möhtəşəm layihələr həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə hava limanları inşa olunub ki, hətta Avropanın bir sıra ölkələrində belə hava limanı yoxdur", - deyə deputat qeyd edib.

Anar Kəlbiyev