"Hazırda ABŞ administrasiyasının nümayəndələrinin Qarabağa çıxışı yoxdur".
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Birləşmiş Ştatlar Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Dövlət Departamenti humanitar yardımın istiqamətini dəyərləndirmək üçün regionun müvafiq qurumları ilə işi davam etdirir. Qeyd etmək vacibdir ki, Qarabağın özünə giriş məhduddur. Mən özüm də bu yaxınlarda regiona səfərim zamanı ora baş çəkə bilmədim. Hazırda ABŞ administrasiyasının rəsmilərinin humanitar ehtiyacları qiymətləndirmək və proqramlar hazırlamaq üçün Qarabağa çıxışı yoxdur. Lakin ABŞ-ın regionda minalardan təmizləmə proqramları var”, - Riker ermənipərəst Bob Menendesin bu istiqamətdə sualını cavablandırarkən qeyd edib.
Gültəkin Ələsgər