"Fransa Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən dəm vurur. Fransa əvvəlcə bundan danışmalıdır ki, otuz il ərzində Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında problemin həlli ilə bağlı bir cümlə söyləyibmi, bir addım atıbmı?"
"Unikal" xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş AK Parti Əskişəhər vilayət təşkilatının toplantısında çıxışı zamanı deyib.
Fransanın nümayiş etdirdiyi ədalətsiz və qərəzli mövqeyə kəskin etirazını bildirən Kurtulmuş qeyd edib: “Fransa həm işğala göz yumur, həm də Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına şərait yaratmaq üçün siyasi zəmin hazırlamaq istəyir. Bu, yolverilməzdir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycanın olacaq”.