Yanvar-oktyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 23 milyard 376 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən "Unikal"a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 13 milyard 667,3 milyon dollar çoxdur.
Cari ilin on ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 850,5 milyon dollar olub.