İqtisadiyyat naziri Mikayıl Cabbarovun noyabrın 25-də Neftçalada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "Unikal"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.