Nazirin şirkətində yoxlamalar başlayıb
12:55 07-03-2013
İQTİSADİYYAT
“İmprotexs” şirkətində vergidən yayınma faktları aşkarlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovun durumu ağırlaşıb. “Unikal”a daxil oan məlumata görə nazirə məxsus olan “İmprotexs” şirkətində geniş yoxlamalar başlayıb. Yoxlama nəticəsində aydın olub ki, nazirə məxsus şirkətdə satılan BMV markalı aftomobillərin satılması ilə yanaşı qiymətlərdə də müəyyən maxinasiyalar edilib. Nəticədə yüz minlərlə manat vergidən yayınma faktı aşkarlanıb. Hətta qeyd olunur ki, Füzuli Ələkbərovun oğlu ,Vüqar Ələkbərova məxsus bəzi şirkətlərdə yoxlanılır. Yoxlamanın dərinləşməsini görən Ələkbərov bunun qarşısını almaq istəsədə onun bu istəyi baş tutmayıb.Aydın olub ki, Füzuli Ələkbərov hakimiyyət dairələrində nüfuzunu itirib və onun bu xahişi yoxlama komissiyası tərəfindən qəbul olunmayıb. Bu arada aydın olub ki, istənilən an vəzifədən kənarlaşdırılacağını düşünən Füzuli Ələkbərov işinə də barmaq arası yanaşır. Bunun nəticəsidir ki, bütün nazirliklərdə ilin yekunları ilə bağlı müşavirə keçirilib, hesabatlar verilsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində indiyə qədər müşavirə keçirilməyib.Bunu da qeyd edək ki, nazirin qardaşı Nizami Ələkbərov bir necə gün öncə İsmayıllı rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilib. Hazırda isə onun İsmayıllı hadisələri ilə bağlı istintaqa cəlb olunacağı gözlənilir.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00