Argentina yığması Qətərdə keçirilən dünya çempionatında ilk oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Messinin komandası ilk görüşdə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.
Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Belə ki, 10-cu dəqiqədə Lionel Messinin penaltidən vurduğu qola Səudiyyə Ərəbistanı yığması 48 və 53-cü dəqiqədə vurduqları iki topla cavab veriblər.
***14:16
Qətərdə təşkil olunan Dünya Çempionatı davam edir.
"Unikal" xəbər verir ki, mundialın 3-cü günündə nəzərdə tutulan 4 matçdan 1-i başlayıb.
Belə ki, C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşır. "Lusail" stadionundakı görüş Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Görüşün 10-cu dəqiqəsində Lionel Messi penaltidən hesabı açıb.