"Delimitasiya, nəqliyyat blokunun açılması, humanitar problemlərin həlli ilə bağlı sazişlərin ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür".

"Unikal" xəbər verir ki, bunu noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu sammitin yekunu, o cümlədən birgə bəyanat gələcək kompromislər üçün yaxşı zəmin yaradıb.

Putinin sözlərinə görə, delimitasiya, nəqliyyat blokunun açılması, humanitar problemlərin həlli ilə bağlı sazişlərin ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür.

Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, bu, Yerevanla Bakı arasında sülh müqaviləsi bağlamağa imkan verəcək.

O əlavə edib ki, Ermənistan-Azərbaycan nizamlanması diqqət tələb edir. Biz Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən sammitini müsbət qiymətləndiririk.

Gültəkin Ələsgər 

,