Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub.

"Unikal" “Ukrinform”-a istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram vasitəsilə məlumat verib. O bildirib ki, 50 rus hərbçisi 50 Ukrayna əsgəri ilə dəyişdirilib.

"Bu gün biz 50 ukraynalı əsgəri Rusiya əsirliyindən geri qaytara bildik. Bunlar Milli Qvardiyadan 20, Hərbi Dəniz Qüvvələrindən 12, Ukrayna Silahlı Qüvvələrinin 10, Dövlət Sərhəd Xidmətindən 6, "Tro"dan isə 2 döyüşçüsüdür", - Yermak əlavə edib.