Braziliyanın Lajeadu-du-Buqre şəhərinin (Riu-Qrandi-du-Sul ştatının cənubu) meri Roberto Masiel duş Santuş cümə axşamı iş yerində güllələnib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) maskalı silahlı şəxs məmurun ofisinə soxularaq orada olan şəhər administrasiyasının əməkdaşına atəş açıb. Cinayətkar bundan sonra avtomobillə naməlum istiqamətə gedib.

Roberto Masiel duş Santuş yerindəcə ölüb, əməkdaş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, o, 2020-ci ildə yenidən bu vəzifəyə seçilmişdi.