Kələki kənd avtomobil yolu yenidənqurmadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
"Unikal" xəbər verir ki, Vasif Talıbov Kələki kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edib, rahat həyat arzulayıb, bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy Ordubad rayonunun Kələki kəndində doğulub.