“Ermənistan” blokundan olan deputat Aram Vardevanyan mandatından imtina edib.  

"Unikal" erməni KİV-ə istinadən xəbər verir  ki,  o, bu  barədə  sosial şəbəkə hesabında məlumat yayıb. 

"Bu gün deputat mandatından çıxmaq üçün ərizəmi verdim. Bu barədə həmkarlarımla aydın və dürüst müzakirə apardım. Bu, mənim şəxsi qərarımdır, təbii ki, həmkarlarımın addımlarına, hərəkətlərinə hörmətlə yanaşıram. Mən deputat yoldaşlarımı və həmkarlarımızı bacardığım qədər dəstəkləyəcəm",-  deyə o, bildirib.

Gülayə  Mecid