Türkiyənin Düzce bölgəsində baş verən 5.9 bal gücündə baş verən zəlzələnin ardından bu gün daha bir zəlzələ qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat verib. 

Məlumata görə, təbiət hadisəsi 3,5 bal gücündə olub. 

Zəlzələ episentri Düzcenin Gölyaka rayonunda 11,7 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, bu, həftə ərzində Düzcedə ikinci zəlzələdir. Əvvəlki zəlzələ 5,9 bal gücündə olub.

Ağarza Elçinoğlu