Bakıda keçmiş sevgililər arasında münaqişə yaşanıb.
"Unikal"ın məlumatına görə, Sumqayıt şəhər sakini Şafiq Əliyev (soyadlar şərtidir) bir müddət əvvəl Sevil Quliyeva ilə Abşeron rayonu ərazisində yerləşən restoranların birində tanış olub. Onlar bir müddət sevgili münasibətində olublar.
Sevgili olduqları zaman Sevil Şafiqdən 200 manat borc alıb. Onlar ayrıldıqdan sonra Şafiq Sevilin yaşadığı ünvana gedərək ondan borcunu geri qaytarmasını tələb edib. Sevil isə evdə qonaqlarının olduğunu bildirib və Şafiqin getməsini tələb edib.
Bu zaman onlar arasında mübahisə yaranıb. Daha sonra isə Şafiq Sevili yumruqla vurub, ona müxtəlif bədən xəsarətləri yetirib.
Murad İbrahimli