"Məktəbəqədər təhsil müəssisələrindən 1654 bağça bizim tabeliyimizdə fəaliyyət göstərir. Hazırda bağçalarda 16 minə yaxın boş yerimiz var".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Planımız ondan ibarətdir ki, hər həftənin bir günü hansı bağçada boş yerimiz varsa, bunu elan edək, valideynlər portal vasitəsilə qeydiyyatdan keçsinlər", - deyə nazir bildirib.